AZ

"Steam" tarixi rekord müəyyən edib

Bakı. Trend:

"Steam" platforması eyni vaxtda istifadə edən istifadəçilərinsayına görə yeni tarixi maksimum qeydə alıb.

Trend xəbər verirki, bu barədə "DTF" portalı məlumat yayıb.

11 yanvar tarixində platformanın onlayn istifadəçi sayı 42milyon nəfəri keçib ki, bu da "Steam"in bütün fəaliyyəti dövründəən yüksək göstərici olub.

"SteamDB" məlumatlarına görə, eyni vaxtda onlayn olanistifadəçilərin maksimal sayı 42.042.778 nəfər təşkil edib.Onlardan təxminən 13,3 milyonu aktiv şəkildə oyun oynayıb, qalanistifadəçilər isə müştəridən mağaza, sosial funksiyalar və digərxidmətlər üçün yararlanıblar.

Qeyd edək ki, əvvəlki rekord 5 yanvar tarixində, eyni vaxtdaonlayn olan istifadəçilərin sayı 41,8 milyona çatanda qeydəalınmışdı. Müqayisə üçün bildirək ki, "Steam"in 2025-ci ilin yanvarayında qeydə alınan ən yüksək göstəricisi 39,3 milyon olub ki, buda platformanın auditoriyasının davamlı şəkildə artdığınıgöstərir.

"Steam" "Valve" şirkəti tərəfindən hazırlanmış və dəstəklənən,kompüter oyunları və proqram təminatının rəqəmsal yayımı üçünnəzərdə tutulmuş onlayn xidmətdir. Platforma eyni zamanda oyunçularüçün sosial şəbəkə, forum və digər interaktiv imkanlar da təqdimedir. "Steam" 12 sentyabr 2003-cü ildə istifadəyə verilib və ilkyayımlanan oyunu "Counter-Strike 1.6" olub.

Seçilən
44
az.trend.az

1Mənbələr