ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Evin içində atdığınız hər addımda arxanızca gələn bir pişik... Əgər o, sizi hamama, mətbəxə, qonaq otağına, hətta yatağa qədər təqib edirsə, bunun sadəcə "şirinlik" olmadığını bilmək faydalıdır. Mütəxəssislərin fikrincə, pişiklərin sahiblərindən ayrılmamasının arxasında çoxumuzun heç ağlına gətirmədiyi ciddi səbəblər dayanır.
Milli.Az xəbər verir ki, pişik davranışlarını araşdıran mütəxəssislərin bildirdiyinə görə, bu təqib halı tamamilə instinktivdir və çox vaxt müəyyən bir mesaj daşıyır. Ev pişikləri nə qədər rahat həyat sürsələr də, daxillərində hələ də ovçu əcdadlarının izlərini daşıyırlar. Bu səbəbdən onlar sizi sadəcə bir "ev yoldaşı" kimi deyil, həyatlarının mərkəzində duran əsas fiqur kimi görürlər.
Heyvan davranışları üzrə ixtisaslaşan "Kinship" nəşri bu vəziyyəti belə izah edir: "Pişik üçün insan təkcə sevgi mənbəyi deyil; eyni zamanda ən etibarlı qida, diqqət və təhlükəsizlik qaynağıdır."
Bu davranışın əsas səbəbləri:
Pişiklərin təbii qidalanma rejimi gün ərzində kiçik porsiyalarla təxminən beş paydır. Lakin ev pişikləri insanların müəyyən etdiyi saatlara uyğunlaşmalı olurlar. Ac qalan pişik arxanızca gələrək və ya miyoldayaraq bu vəziyyəti sizə xatırladır.
Pişiklər olduqca ağıllı və inadkar canlılardır. Diqqət çəkmək üçün pəncələri ilə toxunmaq, əşyaları yerə atmaq və ya birbaşa gözlərinizin içinə baxmaqla "məni fərq et" mesajı verirlər.
Əgər pişiyiniz son vaxtlar normaldan daha çox arxanızca gəlməyə başlayıbsa, bu, bir xəstəliyin işarəsi ola bilər. Ağrı və ya narahatlıq hiss edən pişiklər özlərini ən güvəndə hiss etdikləri şəxsə daha çox yaxınlaşırlar. Belə hallarda baytar müayinəsi tövsiyə olunur.
Pişiklər rutinləri (adət etdikləri nizamı) sevirlər. Evdəki nizamın dəyişməsi, yeni əşya və ya kənar qonaq onları stressə sala bilər. Bəzi pişiklər stres anında gizlənsə də, bəziləri sahibinin yanından ayrılmamağı üstün tutur.
Pişiklər ərazi hissi güclü olan heyvanlardır. Bəzi mütəxəssislərə görə, pişiklər sahiblərini ailənin bir parçası kimi görür və onları "nəzarətdə saxlamaq" ehtiyacı hiss edirlər.
Hamama gedəndə belə arxanızca gəlməsi əslində aranızdakı güclü bağın bir təzahürüdür. Sizi öz qoruyucusu və dostu kimi qəbul etdiyini göstərir.
Pişiklər sahibinin üzgün və ya xəstə olduğunu hiss edə bilirlər. Belə anlarda daha çox yaxınlıq göstərib yanınızda qalırlar. Bu, onların sandığımızdan daha çox empatiya qabiliyyətinə malik olduğunu sübut edir.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.