Yanvarın 5-də "YouTube" video platformasında qorxulu bir video paylaşılıb.
Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilib ki, 140 ildən çox yaşı olan videoda nə görüntü, nə də səs var.
Məlumata görə, video KXDR-də (Şimali Koreya) qeydiyyatdan keçmiş istifadəçi tərəfindən yayımlanıb və hazırda 1,5 milyondan çox baxış toplayıb.
Videonun təsvir hissəsində yer alan sirli yazı bəzi istifadəçilər tərəfindən “Cəhənnəmdə görüşərik” kimi şifrələnmiş mesaj kimi şərh olunur.