AZ

Tramp Delsi Rodrigezlə görüşəcəyini bildirib

BAKI, 12 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələcəkdə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrígez ilə görüşəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə ABŞ-nin paytaxtı Vaşinqtona uçuş zamanı jurnalistlərə bildirib.

Bununla yanaşı, Venesuela hakimiyyəti daha əvvəl Delsi Rodrigezin hələlik xarici səfərlər planlaşdırmadığını bəyan edib.

Bu arada CNN telekanalı ABŞ-nin Venesuelaya səfirliyin fəaliyyətini bərpa etmək məqsədilə ölkəyə nümayəndə heyəti göndərdiyini yazıb.

Seçilən
59
teleqraf.com

1Mənbələr