AZ

"Barselona" İspaniya superkubokunu qazandı

“Barselona” tarixində 16-cı dəfə İspaniya superkubokunu qazanıb.

Fanat.Az xəbər verir ki, turnirin finalında kataloniyalılar “Real Madrid”i 3:2 hesabı ilə üstələyiblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan “El Klasiko”da hesabı 36-cı dəqiqədə Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius “Real”ın bərabərlik qolunun müəllifi olub. Lakin bundan iki dəqiqə sonra Levandovski yenidən kataloniyalıları hesabda önə çıxarıb.

Buna baxmayaraq, Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə komandasının bərabərlik qolunu vurub. “Barsa”nın qələbə qolunu 73-cü dəqiqədə Rafinya vurub.

Seçilən
5
4
fanat.az

5Mənbələr