ain.az bildirir, Axar.az portalına istinadən.
İsveç hava hücumundan müdafiəyə (HHM) 1,4 milyard avro ayıracaq. Məqsəd mümkün mülki hədəflərin daha yaxşı müdafiəsini təmin etməkdir.
Axar.az xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi məlumatında deyilir.
Qeyd olunur ki, ölkənin HHM sistemi indiyədək başlıca olaraq hərbi obyektləri müdafiə edib. İndi isə bu siyahıya vağzallar, körpülər, elektrik stansiyaları kimi mülki obyektlər də əlavə edilib. Artıq cari ilin ilk rübündə bu məqsədlə alışlar başlayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.