AZ

“Ümid edək ki, ermənilər bu oyunda KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

“Əlvida, Potsdam!

Əlvida, Potsdam beynəlxalq münasibətlər sistemi.

Əlvida, 1945-ci ildən mövcud olan dünya nizamı.

Xoş gəldin, 1930-cu illər.

Biz 100 il geriyə atıldı”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan bildirib. O daha sonra deyib:

” ABŞ prezidenti — demokratik dünyanın lideri bəyan edir ki, ona beynəlxalq hüquq lazım deyil, çünki o mövcud deyil. Bu, sitatdır. Onun yaxın çevrəsi də bunu təkrarlayaraq deyir ki, beynəlxalq hüquq cəngəllik qanunudur, güclünün haqqıdır.

ABŞ 65 beynəlxalq institutdan, təşkilatdan və sazişdən çıxır, onların 30-u BMT ilə əlaqəlidir. BMT beynəlxalq təşkilat kimi İngiltərə kraliçasına çevrilir, simvolik bir dekorasiya kimi. BMT Nizamnaməsi artıq mövcud deyil.

ABŞ prezidenti Venesuelanın neft resurslarının ələ keçirilməsindən, Qrenlandiyanı işğal etmək planlarından, Kubaya, Kolumbiyaya, Meksikaya, İrana müdaxilə niyyətindən danışır. Qəzzada etnik təmizləmə davam edir, İsrailin və Türkiyənin Yaxın Şərqdə və Qafqazda hegemonluğu möhkəmləndirilir.

Yüz il əvvəl Yaponiyanın Mancuriyaya (1931–1932) və İtaliyanın Efiopiyaya (1935–1936) cəzasız müdaxilələri Millətlər Liqasının və 1920-ci illərin dünya nizamının süqutuna gətirib çıxarmış, İkinci Dünya müharibəsinə yol açmışdı.

Dünya yeni böyük münaqişəyə, böyük dövlətlər arasında təsir dairələrinin yenidən bölüşdürülməsinə doğru gedir. Yalnız ümid etmək olar ki, bu bölüşmə XIX əsrdə olduğu kimi sülh sazişləri və qarşılıqlı kompromislər yolu ilə baş versin, XX əsrdəki kimi açıq toqquşmalarla yox. Və ümid etmək olar ki, ermənilər heç olmasa bir dəfə düzgün qərarlar verəcək və bu oyunda qurban olmayacaqlar”.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
1
konkret.az

2Mənbələr