AZ

İrandakı aksiyalarda ölənlərin sayı 500-ü keçdi

İranda etirazlar zamanı 500-dən çox insan ölüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən HRANA insan haqları təşkilatının məlumatında deyilir.

Bildirilib ki, 48 hüquq-mühafizə orqanı əməkdaşı da daxil olmaqla, ən azı 538 nəfər həlak olub.

İnsan haqları fəalları təxminən 10.600 etirazçının saxlanıldığını iddia edirlər. İran hakimiyyəti belə bir məlumatı təsdiqləməyib.

Dünən məlum olub ki, İran paytaxtının mərkəzində etirazçılara atəş açdıqdan sonra Tehran xəstəxanalarında ən azı 217 nəfər ölüb.

Seçilən
22
publika.az

1Mənbələr