AZ

“Bavariya” “Volfsburq”u darmadağın etdi

“Bavariya” Bundesliqanın 16-cı turunda Münxendə “Volfsburq”u qəbul edib.

Publika.az xəbər verir ki, qarşılaşmada ev sahibləri “Vofsburq”u darmadağın edib – 8:1.

Günün digər oyununda isə Mönxenqladbaxın “Borussiya” klubu öz meydanında “Auqsburq”u böyük hesabla məğlub edib – 4:0.

Turun açılış matçında Frankfurtun “Ayntraxt” və Dortmundun “Borussiya” klubları üz-üzə gəlib. Görüşdə komandalar hərəyə üç dəfə fərqlənib – 3:3. Digər görüşlərdə “Ştutqart” səfərdə “Bayer Leverkuzen” üzərində böyükhesablı qələbə qazanıb - 4:1. “Frayburq” öz meydanında “Hamburq”a qalib gəlib – 2:1. “Union Berlin” – “Maynts” və “Haydenhaym” – “Köln” görüşləri eyni hesabla başa çatıb – 2:2.

Seçilən
60
5
publika.az

8Mənbələr