İranda etiraz aksiyaları fonunda repressiv qüvvələrin etirazçılar tərəfindən döyülməsini əks etdirən video görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, sözügedən kadrlar İran rejiminin rəsmi mediasında dərc olunub.
Görüntülərdə bir qrup etirazçının təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı fiziki müqavimət göstərdiyi və qarşıdurma anları açıq şəkildə əks olunur.
Sosial şəbəkələrdə sürətlə yayılan video cəmiyyətdə geniş müzakirələrə səbəb olub və etirazların getdikcə daha sərt mərhələyə keçdiyini göstərir.