AZ

Kuba Prezidenti Trampa cavab verdi: Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır


Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Kubanın artıq Venesueladan neft almayacağını bildirdiyi açıqlamalara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

Kuba liderinin sözlərinə görə, ölkəsi 66 ildir ABŞ hücumlarına məruz qalır və onlara müqavimət göstərməyə hazırdır.

“Kuba heç bir təhlükə yaratmır. Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırlaşır”, - Dias-Kanel  bildirib.


Seçilən
67
3
nuh.az

4Mənbələr