ain.az bildirir, Olay.az portalına istinadən.
Aktyor Can Yaman sərbəst buraxıldıqdan sonra İtaliyaya qayıdıb.
OLAY yazır ki, bu barədə o, özü paylaşım edib.
Can “narkotik maddələrlə tutulma” xəbərini yalanlayıb:
“Romaya geri döndüm. Əziz İtaliya mətbuatı, bilirsiniz ki, Türkiyə mediası mənimlə daim pis davranıb – bu, yenilik deyil! Amma siz fərqlisiniz! Zəhmət olmasa, Boğazdan gələn xəbərləri “copy-paste” edib eyni səhvi siz də etməyin. Elə bilirsiniz, bu qədər məşhur insanın həbs olunduğu, polisin hər yerdə araşdırma apardığı bir dövrdə mən əlimdə maddələrlə gəzirəm? Əgər bu, bir az da olsa doğru olsaydı, bu qədər tez sərbəst buraxılmazdım və ertəsi gün İtaliyaya qayıda bilməzdim. Hamınızı sevirəm”.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.