1979-cu ildə devrilmiş Şah Rza Pəhləvinin oğlu İrana qayıtmağa hazırdır.
Publika.az xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.
"İrana ən qısa fürsətdə qayıtmağa hazıram. Artıq bunu planlaşdırıram", - Pəhləvi deyib.
O, əlavə edib ki, "keçid dövrü"nə rəhbərlik etmək üçün təkliflər alıb və bunu etməyə hazır olduğunu da bildirib.
Bundan əvvəl Pəhləvi etiraz edən iranlıları ölkədə hakimiyyəti zorla ələ keçirməyə çağırmışdı.