AZ

Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ

"Kuba 66 ildir ki, ABŞ-ın hücumlarına məruz qalır və son damla qanına qədər özünü müdafiə etməyə hazırdır".

Publika.az xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın açıqlamalarına belə cavab verib.

"Kuba hücum etmir, amma 66 ildir ki, ABŞ tərəfindən hücuma məruz qalır. O, heç bir təhlükə yaratmır. O, vətənini son damla qanına qədər müdafiə etməyə hazırlaşır", - deyə Dias-Kanel vurğulayıb.

Tramp daha əvvəl Kuba hakimiyyətinə ultimatum verərək , onları "çox gec olmamışdan əvvəl" razılaşma əldə etməyə çağırmışdı. ABŞ prezidenti tələbini Havananın artıq Karakasdan neft və pul almayacağı ilə əsaslandırmışdı. Ağ Ev rəhbəri Kubanın "təhlükəsizlik xidmətləri müqabilində Venesuela vəsaitləri və nefti ilə yaşadığını" iddia etmişdi.

Seçilən
71
10
publika.az

10Mənbələr