Hücum xəttindəki effektivliyi artırmaq istəyən "Çelsi" rəhbərliyi "Brentford"un forvardı İqor Tiaqonu hədəfə alıb.
Fanat.Az xəbər verir ki, "zadəganlar" 9 nömrəli mövqedəki rəqabəti gücləndirmək üçün braziliyalı futbolçunun transferində maraqlıdırlar.
İqor Tiaqo bu mövsüm "Brentford" forması ilə çıxdığı 15 matçda 6 qol vuraraq İngiltərə klublarının skautlarının diqqətini çəkməyi bacarıb.
Fizika gücü və hava toplarındakı hakimiyyəti ilə seçilən 23 yaşlı hücumçunun transfer dəyərinin 40 milyon avro civarında olduğu təxmin edilir.