AZ

Türkiyənin qırmızı bülletenlə axtardığı şəxs Batumidə tutuldu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Batumidə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 1973-cü il təvəllüdlü Türkiyə vətəndaşı J.K.saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.

"O, Türkiyə Respublikasında azadlıqdan məhrum etmə və təhdidlərə görə məhkum edilib və 2025-ci ilin noyabr ayından qırmızı bülletenlə axtarışda olub",  - deyə məlumatda qeyd olunub. 

Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir ki, hazırda saxlanılan şəxsin qanunla nəzərdə tutulduğu kimi ekstradisiyası prosesi davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
2
unikal.az

3Mənbələr