AZ

Ukrayna Rusiyanın strateji obyektlərinə hava zərbələri edib

Ukrayna Müdafiə Qüvvələri “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Zərərin miqdarı hələ də müəyyən edilir.

Baş Qərargah Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistematik şəkildə zəiflətməyə davam etdiyini vurğulayıb.

Zərbələr Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə endirilib./APA/

Seçilən
28
12
nocomment.az

10Mənbələr