AZ

Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini açıqlayacaq

Qəzza üzrə Sülh Şurasının gələn həftə elan ediləcəyi, ilk iclasının isə Davos forumu çərçivəsində keçiriləcəyi gözlənilir.

Bizim.Media  xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Şura əsasən hazırkı dövlət və hökumət başçılarından ibarət olacaq və ona birbaşa Donald Tramp rəhbərlik edəcək.
 

Şuranın əsas vəzifələri HƏMAS-ın yerinə Qəzzada müvəqqəti administrasiyanın formalaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin cəlb olunması və anklavın bərpasının maliyyələşdirilməsi olacaq.


İsrailin baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın tam demilitarizasiyasında israr edir.

Bizim.Media

Seçilən
110
1
bizim.media

10Mənbələr