AZ

"Sabah" "Şamaxı"nı 3 dəqiqədə məğlub etdi

"Sabah" və "Şamaxı" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, "Bank Respbulika Arena"da keçirilən qarşılaşmada "Sabah" bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib. "Sabah"ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurub.

Qeyd edək ki, bu, hər iki komandanın ilk yoxlama matçı olub. "Şamaxı" yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. "Sabah"ın isə digər rəqibi açıqlanmayıb.

Seçilən
64
2
football-plus.az

4Mənbələr