Footbal-plus saytına istinadən ain.az xəbər verir.
İtaliya A seriyasının 19-cu turunun “Cenoa” ilə matçı “Milan”ın baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub."Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis komandaya 200-cü oyunda başçılıq edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. “Milan” hazırda A seriyasında 18 oyuna 39 xalla 2-ci yeri tutur.Xatırladaq ki, Alleqri “Milan”ı 2010-14-cü illərdə də çalışdırıb. O, karyerası ərzində “Yuventus”, “Kalyari” və “Sassuolo” komandalarına da rəhbərlik edib. O, 6 dəfə A seriyasının, 3 dəfə İtaliya Superkubokunun və 5 dəfə İtaliya kubokunun qalibi olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.