AZ

Kallası istefaya çağırdı

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Slovakiyanın Baş naziri Robert Fitso Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın istefa verməli olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, TA3 televiziyasına verdiyi müsahibədə deyib. 

O bildirib ki, Kallasın ucbatından Avropa İttifaqının cari hadisələrlə bağlı öz mövqeyi yoxdur və səmərəsiz tədbirlər görür. Aİ-nin öhdəsindən gəldiyi yeganə şey Rusiyaya qarşı nifrəti alovlandırmaqdır.

"Avropa İttifaqı oyanmasa, heç nəyə cavab verə bilməyəcək. Qeyd edək ki, Aİ-nin edə bilədiyi yeganə şey ruslara nifrət etməkdir. Aİ-nin təklif edə biləcəyi başqa bir şey yoxdur. Rəqabətlilik azalır, ortaq müdafiə barədə razılığa gələ bilmirik və hamı yalnız ABŞ-yə baxır", - Fitso deyib.

Slovakiyanın Baş naziri qeyd edib ki, ABŞ-nin Venesuelada hərbi əməliyyatından sonra İkinci Dünya Müharibəsindən sonra yaranan dünya nizamı artıq mövcud deyil.

Bundan əlavə, Fitso Aİ-nin Slovakiya üçün "yaşayış məkanı" olduğunu və respublikanın onun ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, əlavə edib ki, ABŞ-yə qarşıdakı səfəri zamanı Donald Trampla Slovakiya-Amerika əməkdaşlığı və Aİ perspektivlərini müzakirə etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
2
bakivaxti.az

10Mənbələr