Redaktor.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-li bəstəkar Qay Mun Kaliforniyada baş verən yol-nəqliyyat hadisəsində 63 yaşında həlak olub.
Redaktor.az "The New York Post" nəşrinə istinadən xəbər verir ki, Mun cümə axşamı səhər saatlarında Los-Anceles dairəsində qəzaya uğrayıb və aldığı xəsarətlərdən ölüb.
Munun bəstələdiyi musiqilər "Nickelodeon" telekanalının bir çox layihələrində, o cümlədən "Süngər Bob Kvadrat Şalvar" və "Sehrli valideynlər" cizgi seriallarında səslənib. Qeyd olunur ki, bəstəkar həmçinin 2002-2004-cü illər ərzində dörd dəfə "Emmi" mükafatına namizəd göstərilib".
Ümumilikdə o, 70-ə yaxın musiqi əsərinin ərsəyə gəlməsində iştirak edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.