AZ

"The Guardian": Trampın xarici siyasəti Ukrayna və Venesuelanı xaosa sürükləyir

ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərinin yeganə məhdudiyyətinin "öz əxlaqı və zəkası" olduğunu bəyan etməsi Qərb mediasında geniş müzakirələrə və tənqidlərə səbəb olub.

"Ölkə.az" xəbər verir ki, "The Guardian" nəşrinin xarici siyasət üzrə şərhçisi Saymon Tisdal bu açıqlamanın bir çox məqama aydınlıq gətirdiyini yazıb.

Müəllifin fikrincə, Trampın xeyir və şər anlayışı tamamilə subyektiv xarakter daşıyır:

"O, özünün həm etik, həm də hüquqi müşaviri, həm keşişi, həm də günah çıxaranıdır. Tramp bir nəfərlik kilsədir. O, həm özünə, həm də başqalarına yalan danışır. Bunun vurduğu zərər isə dağıdıcıdır: insan həyatına son qoyur, demokratiyaya xələl gətirir və xalqlar arasındakı etimadı sarsıdır".

Ekspert qeyd edir ki, həm Amerika seçiciləri, həm də xarici liderlər Trampın xroniki yalanlarına öyrəşsələr də, ona qarşı səssizlik və konkret mövqenin olmaması baha başa gəlir. Çünki ABŞ liderinin davranışı getdikcə daha diktatorvari və proqnozlaşdırılmaz olur.(Teleqraf)

Seçilən
30
2
olke.az

3Mənbələr