AZ

Arne Slot İngiltərə Kuboku ilə bağlı gözləntilərini açıqlayıb

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Kubokunun cari mövsümü ilə bağlı mövqeyini bölüşüb.

 90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, ötən mövsüm komandanın bir neçə cəbhədə mübarizə aparması və heyətin məhdud olması səbəbindən ciddi rotasiyaya getməyə məcbur qalıb. Onun sözlərinə görə, hazırda klubda vəziyyət tamamilə fərqlidir.

“Zəmanət verə bilərəm ki, bazar ertəsi meydanda cümə axşamı oynayan futbolçuların eynisini görəcəksiniz. Ola bilsin, bir neçə dəyişiklik olsun, lakin start heyətində yer almayan oyunçular ehtiyat oyunçular skamyasında olacaq. Bu, ötən mövsüm ‘Plimut’a qarşı olan vəziyyətlə eyni olmayacaq”.

Xatırladaq ki, “Liverpul” ötən mövsüm İngiltərə Kubokunda sensasiyalı şəkildə “Plimut”a 0:1 hesabı ilə uduzaraq 1/16 final mərhələsində mübarizəni dayandırmışdı.

Arne Slotun komandası turnirin yeni mövsümündə yoluna ev oyunuyla başlayacaq. “Liverpul” yanvarın 12-də “Enfild”də “Barnsli”ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Seçilən
26
90deqiqe.az

1Mənbələr