AZ

Bu ölkədə "Grok"a giriş məhdudlaşdırıldı

Yazını böyüt
Yazını kiçilt

İndoneziyada İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" adlı süni intellekt çatına müvəqqəti giriş məhdudlaşdırıldı.

Hafta.az xəbər verir ki, bu haqda "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, İndoneziya bu cür addım atan ilk ölkədir. Qərarın verilməsinə səbəb "Grok"un təsvir yaratma funksiyasından istifadə edilməklə yolverilməz məzmunun, o cümlədən azyaşlıların iştirakı ilə pornoqrafik materialların hazırlanması olub.

Ölkənin Kommunikasiya və Rəqəmsal Texnologiyalar naziri Meytiya Hafid bildirib ki, seksual dipfeyklər insan hüquqları və vətəndaşların rəqəmsal təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Hakimiyyət orqanları məsələ ilə bağlı sosial şəbəkə "X"in nümayəndələrini izahat vermək üçün çağırıblar.

İlon Mask isə açıqlamasında qeyd edib ki, "Grok" vasitəsilə qanunsuz məzmun yaradan istifadəçilər, həmin materialları birbaşa yükləmiş kimi, eyni hüquqi məsuliyyəti daşıyacaqlar.

Seçilən
51
4
hafta.az

7Mənbələr