AZ

Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb

Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü, Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub.

O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
72
10
anews.az

10Mənbələr