AZ

Palmer "Çelsi"dən ayrılır, İngiltərədən yox - Danışıqlar başladı

"Çelsi" yarımmüdafiəçisi Koul Palmeri satmaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı "Footballtransfers" yayıb.

Xəbərə görə, London nəhəngi hazırda "Mançester Yunayted"dən aldığı təklifi dəyərləndirir. Tərəflər arasında hazırda danışıqlar gedir. MY Palmeri 31 yaşlı yarımmüdafiəçi Brunu Fernandeşin yerinə namizəd kimi nəzərdən keçirir. Portuqaliyalının klubdakı gələcəyi hələ də qeyri-müəyyəndir. 

Palmer bu mövsüm bütün yarışlarda cəmi 12 oyuna çıxıb və 4 qol vurub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun bazar dəyərini 120 milyon avro qiymətləndirir.

Seçilən
5
1
fanat.az

2Mənbələr