Bakı. Trend:
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisəQaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimlikəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobiliilə KIA markalı minik avtomobili toqquşub.
Qəza zamanı üç nəfər xəsarət alıb:
1. Ustakişiyeva Mətanət - 1978 Oğuz rayon sakini.
2. Abışov İlqar - 1967 Oğuz rayon sakini.
3. Nəsibov Ayxan 1994 - Qax sakini Vito sürücüsü.