AZ

Toyda qaz balonu partladı - Bəylə gəlin öldü - VİDEO

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
 

Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.


Bu hadisə ilə bağlı araşdırma başlanılıb.


Bizim.Media

Seçilən
86
11
bizim.media

10Mənbələr