Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Ağrıyanda yeməkdən çox əsəbləri yeyən dişlər sadəcə verdiyi narahatlığa görə insanın psixikasını pozmur. Elə əvvəldən psixi travmalarla bağlı imiş. Bu üsyankar "sümük parçaları"ı insandan təkcə gigiyena və yeməyə deyil, həyat tərzinə və problemlərə baxışına da dəyişiklik etməyi tələb edir.
Belə bildirilir ki, diş problemləri adətən qərarsız, özünə yer tapa bilməyən insanlarda özünü göstərir. Üst çənədəki dişlər insanın xaricən özünü göstərmək və ya ifadə etmək istəyidir.
Alt çənədəki dişlər emosional tarazlığın pozulmasından sızıldamağa başlayır. Kəsici dişlər valideynlərinizlə olan bağlarınızla əlaqədardır. Bu dişlərdəki problem pozulmuş əlaqələrə, sevgisizliyə, anlaşılmazlığa dəlalət edir.Maraqlıdır, dişin mənəviyyatla nə əlaqəsi? Doğrudanmı dişimiz ağrıyanda stomatoloqa yox, psixoloqa getməliyik?Stomatoloq Naib Bayramov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ümumiyyətlə psixoloji durumun insanın ümumi orqanizminə təsir etdiyi, hər hansı orqanı tədricən sıradan çıxarıb xəstəliklərə səbəb olduğu məlumdur, amma konkret olaraq dişin bir şəxsin həyat hekayəsi ilə bağlılığı inandırıcı deyil:“Bu, simvolik və psixosomatik yanaşmadır, tibbi diaqnoz deyil, yəni elmi əsasları yoxdur. Sadəcə bəzi psixoloji gərginlik zamanı insan mütəmadi olaraq dişini sıxır. Hətta deyim var: “Dişini sıxıb dözmək”. Amma bu, emosiyaların idarə olunması, qəzəbin içəridə boğulmasını əks etdirir.
Bundan başqa, bruksizm var – insanlar arasında yuxuda diş qıcırdatma kimi tanınır. Çox vaxt narahatlıq və stresslə bağlı olur və vərdişə çevrilir.
Bu problemlər həyatdakı uzunmüddətli psixoloji yüklə üst-üstə düşə bilər. Belə olduqda stomatoloqla yanaşı, psixoloq da kömək edə bilər. Amma əgər diş çürüyübsə, bu, psixi travma deyil, bakteriyadır. Diş həkimi müayinə və müalicə etməlidir”.Şəfiqə Şəfa, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.