AZ

“Şah yaşasın!” deyib etirazçılara dəstək oldular Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Almaniyanın Frankfurt şəhərində İranda davam edən genişmiqyaslı etirazlara dəstək məqsədilə aksiya keçirlib.

“Qafqazinfo” xəbər verir ki, etirazçılar nümayiş zamanı Pəhləvi sülaləsinin bərpasını simvolizə edən “Şah yaşasın!” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçıları İrandakı mövcud hakimiyyətin siyasətinə qarşı çıxaraq, mühacirətdə olan vəliəhd Rza Pəhləviyə dəstək ifadə ediblər.

Xatırladaq ki, İranda iqtisadi çətinliklər və rialın ucuzlaşması səbəbindən başlayan etiraz aksiyaları artıq 14-cü gündür ki, müxtəlif şəhərlərdə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
qafqazinfo.az

3Mənbələr