Monakoda qadınlar arasında rapid və blits üzrə şahmat üzrə Avropa çempionatı davam edir və ölkəmizi bu yarışda Gövhər Beydullayeva təmsil edir.
"Football-plus.az" xəbər verir ki, rapid yarışlarında ikinci oyun günündən - beş tur geridə qaldıqdan sonra Beydullayeva 4,5 xal toplayaraq dördüncü yerdə qərarlaşıb.
Şahmatçımız ilk üçlükdən yalnız əlavə göstəricilərə görə geri qalır.
Bu gün turnirdə daha altı turun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, blits üzrə yarışlarda Gövhər Beydullayeva 8,5 xal toplayaraq 13-cü pillədə yer alıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta