“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqası tarixinə düşüb.
"Ölkə.az" xəbər verir ki, Milmer 25 il ərzində çempionatda meydana çıxan ilk oyunçu olub.
40 yaşlı yarımmüdafiəçi ilk də 2002-ci ildən Premyer Liqada oynayır. Həmin ildə o, “Lids”in heyətində 6 oyunda meüydana çıxmışdı.
2025-ci təqvim ilində Milner 2023-cü ilin yayından bəri oynadığı “Brayton”da 11 Premyer Liqa matçında iştirak edib. 2026-cı ildə veteran futbolçu iki oyunda – 20-ci turda “Bernli”yə (2-0) və 21-ci turda “Mançester Siti”yə (1-1) qarşı oyunlarda meydana çıxıb.
Milner 2025/26 mövsümündə 12 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. O, əvvəllər “Liverpul”, “Mançester Siti”, “Aston Villa” və “Nyukasl”da oynayıb. Milnerin müqaviləsi 2026-cı ilin yayında başa çatır.