AZ

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər

Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoya bilər. 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirib.

Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu il 500 mindən çox evin sənədləşdirilməsi mümkündür. Bu addım bir tərəfdən vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırsa, digər tərəfdən dövlət büdcəsinə əlavə vergi daxilolmaları vəd edir. Xüsusilə kənd və qəsəbələrdə illərdir mülk sənədi (kupça) problemi ilə üzləşən minlərlə ailə bu prosesin real mexanizmlərini maraqla gözləyir.

Sənədsiz evlərin leqallaşdırılması zamanı “kupça” almaq vətəndaşa təxminən neçə manata başa gələcək? Xüsusilə kənd yerlərində çıxarışı olmayan ev sahibləri bu prosesi maneəsiz və rahat şəkildə həyata keçirə biləcəklərmi?

Aznews.az xəbər verir ki,Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesində bir neçə mərhələ mövcuddur.

O bildirib ki, bu mərhələlərdən biri torpaq sahəsinin yenidən alınması ilə bağlıdır:

“Yəni mövcud zəbt olunmuş torpaq sahəsinin ərazi üzrə bələdiyyədən yenidən alınması zərurəti yarandıqda – bu hal praktikada tez-tez rast gəlinir – müəyyən maliyyə öhdəlikləri ortaya çıxır. Bu zaman bələdiyyə torpağı üçün nəzərdə tutulan rüsumlar, eləcə də ilkin qeydiyyat üçün tələb olunan rüsum və xidmət haqları ödənilməlidir. Məsələn, torpaq sahəsinin ölçüsü 600 kvadratmetr olduqda, hər sot üçün müəyyən edilmiş bələdiyyə rüsumu tətbiq olunur.

Sənədsiz

Seçilən
41
7
aznews.az

8Mənbələr