Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 11-i saat 11:00-a ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.
Doğru.az xəbər verir ki, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27 sm, Qaxda 15 sm, Qubada 11 sm, Qusarda 8 sm, Gədəbəydə 4 sm, Sədərəkdə 3 sm, Şahdağ və Daşkəsəndə 2 sm, Xaltan və Şəkidə (Kişçay) 1 sm təşkil edir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Maksimal sürət Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-ə çatır.
Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar və Lerikdə duman müşahidə olunur.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.