AZ

Bir həftə əvvəl Qobustanda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Ağalı Rəfa Rizvan oğlu həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.

Oxunub 10

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
5
avtosfer.az

6Mənbələr