AZ

Slovakiya Ukraynaya hərbi dəstəkdən imtina etdi

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Slovakiya prezidenti Peter Pelleqrini, Baş nazir Robert Fiko və Milli Şuranın sədri Riçard Rasi Ukraynaya hərbi dəstəkdən imtina etmək barədə razılığa gəldiklərini bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Aktuality" məlumat yayıb.

Qeyd olunur ki, 10 yanvar şənbə günü Pelleqrini, Fiko və Rasi birgə nahar zamanı Slovakiyanın daxili və xarici arenalardakı maraqları ilə bağlı məsələləri müzakirə ediblər. Pelleqrini qeyd edib ki, onlar bütün vacib məsələləri "açıq, konstruktiv və praqmatik şəkildə" müzakirə ediblər.

Pelleqrini jurnalistlərə bildirib ki, Slovakiya "istəklilər koalisiyası"nın danışıqlarında öz nümayəndəsinə sahib olacaq. Bununla belə, o, Bratislavanın Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam etməyəcəyini və öz ordusunu göndərməyəcəyini vurğulayıb.

Bundan əlavə, Slovakiya prezidenti ölkəsinin Ukraynanın Avropa Birliyindən 90 milyard avroluq kredit zəmanətlərində iştirak etməyəcəyini bildirib.

Daha əvvəl Slovakiyanın müdafiə naziri Robert Kaliniak Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını bəyan etmişdi. O, əlavə edib ki, ölkənin AB-yə qoşulması da çətin olacaq.

Kaliniakın sözlərinə görə, Ukraynanın 2022-ci ildə müharibəyə son qoymaq üçün şansı var idi, lakin bunu etməyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr