
Nobel Komitəsi bəyan edib ki, Nobel mükafatı başqa şəxsə verilə bilməz.
Yeniavaz.comxəbər verir ki, Komitə bu barədə açıqlamanı Venesuelanın müxalifət lideri Maria Corina Maçadonun Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verməyə hazır olduğunu bəyan etməsi fonunda yayıb.
“Nobel Fondu Nizamnaməsinin 10-cu maddəsinə əsasən, mükafatın verilməsi qərarı ləğv olunmur və qərara yenidən baxıla bilməz. Nobel mükafatı geri götürülə, bölünə və ya başqa şəxsə verilə bilməz. Qərar elan edildikdən sonra əbədi olaraq qüvvədə qalır”, - Komitənin məlumatında deyilir.
Xatırladaq ki, 2025-ci il Nobel Sülh Mükafatı Maçadoya verilib. Bundan əvvəl Tramp dəfələrlə mükafatı almaq istəyini bildirmişdi.