AZ

Tramp qərar verəcək: İranla bağlı bir neçə variant hazırlanıb

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Tramp son günlər İran hökumətinin etirazçılara qarşı hərəkətlərinə görə qisas almağı düşünür. Buna görə də İrana qarşı hərbi hücum üçün yeni variantlar barədə məlumatlandırılıb”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "New York Times" qəzetinin ABŞ rəsmilərinə istinadən yazır.

Məlumatda bildirildiyi kimi, Tramp hələlik yekun qərar verməyib, lakin etirazların zorakılıqla yatırılmasına cavab olaraq hücuma icazə verməyi ciddi şəkildə nəzərdən keçirir.

Qəzetin məlumatına görə, ona Tehranda qeyri-hərbi hədəflərə zərbələr endirmək də daxil olmaqla bir neçə variant təqdim edilib.

Əvvəllər ABŞ Prezidenti İranda genişmiqyaslı etirazlar fonunda dəfələrlə ölkəyə zərbələr endirməklə hədələmişdi. Dünən isə o, iğtişaşlara çevrilən aksiyalarda  etirazçıların "köməyinə getməyə" hazır olduğunu bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr