ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan əsilli, Rusiya vətəndaşı Fətullayev Pərvin Aqil oğlu Ukraynada gedən müharibədə itkin düşüb, ailəsi xəbər ala bilmir.
Bu barədə hərbi ekspert Tofiq Şahmuradov paylaşım edib.
Bildirilir ki, soydaşımız 2025-ci aprel ayında Rusiya silahlı qüvvələrinin tərkibində Rusiya-Ukranya müharibəsinə Петрозаводскdan qoşulub. Sonuncu dəfə o, ailəsi ilə 2025-ci ilin may ayının əvvəlində əlaqə saxlayıb
Onun 82-ci alay, 52033 saylı hərbi hissənin tərkibində Xarkov vilayəti Volçansk şəhərində gedən döyüşlərə aparıldığı deyilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.