AZ

Xatirə aeraportda girinc qaldı

Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun müddət gözləməli olub.

"Yeni Sabah" xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək 11 saatdır hava limanında qaldığını qeyd edib:

"Artıq 11 saatdır hava limanındayam. Başda dedim, əgər bir saata uçuş açılmazsa, evə qayıdacam. Amma bu saatadək gözlədim. Ayaqlarım şişib, yorğunam. Yatsam yəqin yuxuma da girməzdi ki, 11 saat təyyarənin gecikməsini gözləyəcəyəm."

Müğənni əlavə edib ki, Moskva hava şəraiti səbəbindən bir çox uçuşlar təxirə salınıb və ya gecikib. Ona bildiriblər ki, onun uçuşu axşam saat 20:00-da baş tuta bilər. Xatirə İslam isə izləyicilərinə sonda "Allah özü salamatçılıq etsin" sözlərini deyib.


Telegram kanalımız
Seçilən
59
5
yenisabah.az

8Mənbələr