Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.


Rekord.az xəbər verir ki, matç "Bank Respublika Arena"da keçiriləcək.


Qarşılaşma saat 16:00-da start götürəcək.


"Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.