AZ

Xoş günlərində onlara Azərbaycan Bayrağı verildi - FOTO

Şabranda baş tutan toy mərasimindən əvvəl bəy və gəlin gözəl bir ənənənin təməlini qoyub. Belə ki, Xaçmazın Qalağan kəndindən olan Səma və Şabranın Gəndab kəndindən olan Üfüq Mərdanovlar toydan əvvəl rayonun Gəndab kəndindəki Qazilər evinin qarşısındakı 44 abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Bizim.Media xəbər verir ki, 44 günlük Vətən Müharibəsində tarixi qələbəmiin səbəbkarı şəhidlərimizin şəninə salınmış abidənin önündə bəylə gəlinə Azərbaycan Bayrağı təqdim olunub.

Gəndab Qazilər evinin rəhbəri, Birinci Qarabağ Müharibəsi iştirakçısı Rəşad Heydərov Bizim.Media-ya məlumat verib ki, gənc cütlüklərin belə ənənəyə başlamaları çox təqdirəlayiqdir.

“Bu, gənclərimizin vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə müsbət təsir edir”, - deyə Rəşad  Heydərov vurğulayıb.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
37
3
bizim.media

4Mənbələr