Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ailəsi ilə bağlı yerli medianın gündəminə gəlib.
Publika.az "Gazeta"ya istinadən xəbər verir ki, Peskovun qızı Yelizaveta ideal fiqurasını nümayiş etdirib. O, dar geyimdə olan fotosunu İnstaqramda paylaşıb.
Nəşr yazıb ki, Yelizaveta Peskova 28 yaşını Əbu-Dabidə qeyd edib və foto da məhz doğum günü münasibətilə paylaşılıb. Rusiya prezidentinin mətbuat katibinin qızı qara, parıltılı pulcuqlarla bəzədilmiş don geyinib. O, həmçinin geyimini bir neçə bilərziklə tamamlayıb. Peskova saç düzümü və sadə makiyajı ilə də diqqət çəkib.