AZ

Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Fransaya hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 895 milyon 94 min 17 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Fransaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 79 milyon 437 min 65 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 773 milyon 432 min dollar məbləğində hazır geyim ixrac edib.

Seçilən
68
18
turkic.world

10Mənbələr