AZ

Eyni dərman Rusiyada 5, Türkiyədə 3,5, Azərbaycanda 28 manatdır?


“Aptekdən “Motilium” adlı dərman soruşuram. Həzm sistemindən davamlı müalicə alan insanlar bu dərmandan bir qayda olaraq istifadə edirlər. Deyirlər, hazırda yoxdur, amma sifariş olsa, gətirtmək mümkündür. Sadəcə qiymətinin baha olacağını deyirlər və dərhal da 28 manat olduğunu əlavə edirlər".
Yeniavaz.com
xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev sosial media hesabında yazıb.
“Deyirəm ki, bir dostumuz 6 ay əvvəl Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur”, - iqtisadçı qeyd edib.

Rövşən Ağayev

O bildirib ki, daha sonar eyni dərmanın Türkiyədə neçəyə satıldığı ilə də maraqlanıb:
“Cəmi 3,5 manat. Bir dəfə yazmışdım bu mövzuda, amma davamlı yazmaq lazım olduğunu düşünürəm. Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfə. Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. O zaman Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox axı...”
R. Ağayev qeyd edib ki, daha dəqiq olsun deyə sonradan kiçik bir dəqiqləşdirmə aparıb:
Seçilən
77
7
yeniavaz.com

8Mənbələr