ABŞ Prezidenti Donald Tramp Amerikanın İrana yardım göstərməyə hazır olduğunu açıqlayıb.
“İran, bəlkə də heç vaxt olmadığı kimi azadlıq axtarır. ABŞ kömək etməyə hazırdır!”, - Ağ Ev rəhbəri yazıb.
Qeyd edək ki, İranda etiraz dalğası 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan rialın kəskin ucuzlaşmasından sonra başlayıb. Əvvəlcə narazılıqlar əsasən qiymət artımı və məzənnə dəyişikliklərinin əhaliyə təsiri ilə bağlı idi. Sonradan aksiyalar bir sıra şəhərlərdə polis qüvvələri ilə toqquşmalara çevrilib.