AZ

"Fənərbağça" "Qalatasaray"ı məğlub edərək Türkiyə Superkubokunun qalibi olub

Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda oynanılan matç "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.

Bununla da "Fənərbağça" Superkubokun qalibi olub.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr