Bakı. Trend:
Venesuela parlamentinin keçmiş üzvü Maria Korint Maçado Nobelmükafatını ABŞ prezidenti Donald Trampa təhvil verə bilməyəcək.
Trend-inməlumatına görə, bu barədə Nobel Komitəsi öz saytında bildirib.
"Nobel mükafatı verildikdən sonra onu ləğv etmək, bölmək və yabaşqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədəqalır", - deyə bildirilib.
Bundan əvvəl D.Tramp dəfələrlə özünü Nobel Sülh Mükafatına layiqhesab etdiyini bildirmişdi. Lakin 10 oktyabr 2025-ci ildə NobelKomitəsi bu ilki mükafatın Maçadoya verildiyini elan edib.