AZ

Dünyada ən çox televizor satan şirkətlər

"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə həm tədarük həcminə, həm də televizor bazarındakı gəlir payına görə birinci yeri tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Omdia" araşdırma şirkətinin saytına istinadən xəbər verir.

Bildirilir ki, "Samsung Electronics"in bazar payı ötən ilin 28.6%-i ilə müqayisədə 29% təşkil edib.

Məlumata görə, "Samsung"un ardıcıl 20-ci il bazar lideri olmaq üçün bütün şansları var. "LG Electronics" televizor bazarında ikinci yeri qoruyub, lakin ümumi gəlir payı ötən ilin 16.5%-i ilə müqayisədə 15.2%-ə düşüb.

Üçüncü və dördüncü yerləri isə Çin şirkətləri TCL (13%) və "Hisense" (10.9%) tutub və televizor bazarındakı mövqelərini gücləndiriblər.

Milli.Az

Seçilən
93
1
milli.az

2Mənbələr